четверг, 3 февраля 2011 г.

TÖVHİD

Həmd olsun Aləmlərin Rəbbinə, xeyir dua və salam Allahın Rəsuluna, onun əhli beytinə, səhabələrinə və onun yolunu tutanların üzərinə olsun!
Elmlərin ən xeyirli və şərəflisi tövhid elmidir.
Tövhidi, öyrənmək üçün aşağdakıları bilmək lazımdır.
1. Tövhidi nəzəri tərəfdən öyrənmək üçün, Allahın Kitabından, Peyğəmbərmizin sünnəsindən və düzgün ağıldan istifadə etmək.
Bütün öyrəndiklərimizi, yəni ibadətlərin Allah üçün yerinə yetirilməsində ən gözəl tərzdə çalışmaq.
  Tövhid nəzəri cəhətdən üç hissəyə bölünür.
1. Tövhidi Rububiyyə.
2. Tövhidi Uluhiyyə.
3. Tövhid Əsmai və sifət (ad və sifətlər
)

                                                                    Tövhidi Rububiyyə
Rububiyyət, Allahın Rəbb adından irəli gəlir. Bunun bir neçə mənası var. “Tərbiyə edən, yardım edən, malik olan, ağa, vali və’s. Şəriətdə isə Allahın insanları yaratdığına, onlara ruzi verdiyinə, onları dirildib, öldürdüyünə, Allahın qəza qədərinə və Onun təkliyinə inanmaqdır.
Tövhidi Rububiyyənin dəlilləri:
Allah, Öz Kitabında tövhidi Rububiyyəni belə zikr edib.
-Həmd aləmlərin Rəbbinədir, Yaratmaq və əmretmək, məgər Ona məxsus deyilmi?, Yer üzündə sizin üçün hər şeyi O yaratdı, Şübhəsiz ki, Allah ruzi verəndir. Güc və qüvvət sahibidir.
Rəbbini inkar edən çahillərə bəs deyirik:
Ağıl sahibi olan heç bir beyin və ya hərəkətin olmasını qəbul etməz.Deməli, yaradan olmasa, yaranmış da olmaz. Deməli, bütün bu kainat və içindəkilər varsa, demək onu Yaradan da vardır. Allah təala (c.c) belə buyurur: Yoxsa onlar heç nədən yarandılar? Yaxud onlar (öz-özlərini) yaradanlardır? (Tur, 35) 
Bu tövhidi əvvəlki müşriklər də qəbul edirdilər. Bu tövhidi keçmişdə dəhrilər, indiki zamanda isə ancaq ateistlər qəbul etmir. Allah təala (c.c) buyurur: Göyləri və yeri kim yaratdı? Soruşsan-onlar mütləq Allah deyə cavab verəcəklər. (Loğman. 25)  
Müşriklər Allahın Rəbb olduğunu qəbul edirlər. Ancaq ibadətdə, məhəbbətdə, itaətdə, namazlarında, danışıqlarında and içdiklərində hərəkətlərində Allahı sevdikləri qədər olan bəndələri və yaxud bütləri Allah təala (c.c)-nə şərik qoşurlar. Bu davranış bu tərzdə tövhid anlayışı insanı nə İslama daxil edir, nə də məsum bilib kiməsə görə onu cəhhənəm əzabından qurtarır.

                                                                 Tövhidi-Uluhiyyə
Uluhiyyə-İlah kəlməsindən əmələ gəlmişdir. Yəni ilah-Məbudun, ibadət olunanın ancaq Allah olduğunu bildirir.
Allahdan başqa Tanrı yoxdur. Əbədi və Əzəli varlıq odur. (Bəqərə, 265)
Şəriətdə Uluhiyyə: namaz, oruc, zəkat, həcc, qurban, nəzir, dua, qorxu, məhəbbət və’s. Yəni bütün ibadətləri ancaq Allah rızası üçün etmək Uluhiyyə adlanır. İki şey olmasa Tövhidi Uluhiyyə gerçəkləşməz.:
1. Bütün ibadətləri qullardan hər hansı birinə deyil, ancaq Allaha məxsus etməli, Allahın məxsus olduğu sifətləri insanlara verməməlidir. Mömün ancaq Allah üçün ibadət edər. Allahdan başqası üçün namaz qılmaz , səcdə etməz.
2. İbadətləri Allahın öyrətdiyi kimi yerinə yetirmək lazımdır. Ümumiyyətlə bütün işlərdə insan Allaha və Onun Rəsuluna tabe olmalıdır. Kəlimeyi tövhidin Lə iləhə İlləllah, Muhəmmədən Rəsulullah mənası da məhz budur.
Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur: -Bu da Lə iləhə İlləllah kəlməsinin həyata kecirilməsidir. Allahın Rəsuluna tabe olmaq, yəni onun buyurduqlarına əməl edib, haram etdiklərindən uzaq olmaq isə Muhəmmədən Rəsulullah kəlməsinin həyata keçirilməsi deməkdir. Məhz bu iki əsas, Quran və Sünnə (yol, şəriət) insanı qurtuluşa aparır. Ya Məhəmməd! Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər də düz (yolda) olsunlar. (Hud, 112)
Bu ayədə Allah təala (c.c) Öz Rəsuluna və müsəlmanlara düz yolda olmaqlarını əmr edir. Bu da quran və Sünnədir. Bundan başqa yolla gedən şəxslər artıq yoldan azmış kəslərdir.Əbu Hureyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.a.a.v) belə buyurdu. Kim Quran və Sünnə elmini öyrənmək üçün bir yola girsə Allah o adama cənnətin yolunu asanlaşdırar. (Müslüm, Zikr,39) Nəbi (s.a.a.v) belə buyurmuşdur: Kim mənim sünnəmdən üz çevirərsə o kimsə məndən deyil. (Buxari, nikah 1 Müslüm, Nikah 5) bu dəlillərə əsasən Allaha və Rəsuluna itaət etməyənlər axirətdə onların yeri cəhənnəmdir.

TÖVHİDİ ULUHİYYƏNİ GERÇƏKLƏŞDİRƏN ŞƏRTLƏR

İXLAS: Qulun söz və əməllərində, daxilən və xaricən bütün niyyətlərinin ancaq Allah rızası üçün olduğunu göstərir. Yəni bu insan bütün əməlləri özünü insanlara göstərmək üçün yox, özünü kiməsə sevdirmək üçün yox, ancaq Allah rızsası üçün edir. Allaha şərik qoşmaq, ixlasın əksidir. Bu kimsənin qəlbində riyakarlıq (özünü göstərmək) varsa, artıq o şəxsdə ixlas yoxdur. Riyakarlıq, özünü Allahdan başqasına göstərmək sevdirmək üçün görülən əməldir ki, bu da şirkdir.
TƏVVƏKÜL: Təvəkkül sözünün kökü vəkalət sözündən gəlir. Yəni hər hansı bir işdə vəkil tutmaq, vəkilə arxalanmaq deməkdir. Buna görə də hər bir müsəlman ilk əvvəl Allahdan başqa bütün qüvvələri inkar edib, Allaha təvəkkül edərsə, Allah da onu Öz himayəsinə alıb, onu şər qüvvələrdən qoruyar.
MƏHƏBBƏT: Allah sevgisi tövhidi Uluhiyyənin ən uca nöqtələrindən biridir ki, buna nail olan insan ən xoşbəxt insandır.Allah təala (c.c) buyurur:
Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir (Bəqərə, 165).
XOV VƏ RƏCA: Qorxu və ümüd tövhidin ən böyük təməlidir, yəni özülüdür. Müsəlmana fərz (vacib) olan ancaq Allahdan qorxmaqdır. Allahdan başqasından qorxmamalıdır. Qorxunun yeri qəlbdir, ancaq o özünü başqa hərəkətlərdə də göstərir.
Mömün qorxu müddətində xeyir içindədir. Allahdan qorxmasa o yolunu azıb zəlalətə düşə bilər. Allahdan başqasından qorxmaq rəzilliyin ən aşağı dərəcəsidir. Bu qorxu bəzi vəziyətlərdə əmələ gəlir. Məsələn: Allah üçün olan ixlaslı başqa bir şeylə qarışdırmaqdan, dində fitnəyə düşməkdən və əməllərin qəbul olunmamasından qorxmaq, dünyada bəla və müsübətlərə düşməkdən, kasıbçılıq, xəstəlik və Allahın nemətlərinin əldən çıxmasından qorxmaq.
SƏBR: Səbr tövhidin əsaslarından biridir. Qul dinə gəldikdə Allah təala (c.c) onu imtahan edir və ona bəlalar göndərir. Ona görə də səbrin növləri var. Məsələn: İtaətdə səbr gunah və haramdan uzaq olmaq üçün səbr, Allahın qədərinə səbr, qəzab halına səbr.
Müsəlman həmişə Rəbbinə inanıb, Onun qədərinə tabe olub, bu dünyanın keçici olduğunu nəzərdə tutub axirətə hazırlaşır və bu yolda qarşıya çıxan çətinliklərə səbr edir, çünki, o bilir ki, bu səbrin mükafatı çənnətdə ona çatacaq. Allah təala (c.c) Öz Kitabında bu barədə belə buyurur: Yalnız (dunyada Allah yolunda çətinliklərə ) səbr edənlərə (axirətdə) saysız hesabsız mükafat veriləcəkdir. (Zümər, 10) 
ŞÜKR VƏ HƏMD: İman iki yerə ayrılır: şükr və səbr. Şübhəsiz ki, qul üçün ən əsas məsələ bütün işlərdə Allaha şükr edib, Ona həmd etməsidir. Allaha şükr edənin ruzisinin Allahdan tərəfindən artılacağına quranda dəlillər çoxdur: Allah təala (c.c) buyurur: Əgər siz şükr etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə lazımdır? Allah sükrə qiymət verən və hər şeyi biləndir. (Nisa, 147)
QEYRƏT VƏ ALLAH ÜÇÜN QƏZƏBLƏNMƏ: Bu qulun Allah üçün qeyrətə gəlməsidir.
Qulun qısqanclığı bütün əməllərinin Allahdan başqa heç kimə məxsus olmamasıdır. Çünki, vaxt-zaman müsəlman üçün ən dəyərli bir şeydir. Həm də müsəlman gunah və haram gördükdə buna qarşı qəzəb göstərməlidir. Bir sözlə Allahı sevəni sevib, sevməyənə qəzəb etməlidir.
DUA: Bu duaların ancaq Allah təalaya (c.c) yönəldiləmsi deməkdir. Dua qulun dunya və axirəti üçün Rəbbindən kömək istəməsidir. Yəni qul öz zəifliyini Rəbbi qarşısında danır, güc və qüvvət sahibinin ancaq Allah təalanın (c.c) olduğunu bildirir. Qul öz duası ilə Rəbbini tərif edir, bununla da öz Rəbbinə yaxınlaşmış olur. Allah təala (c.c) Qurani Kərimdə buyurur: Haq olan dua (qəbul olunan dua) yalnız Allah olan duadır. (Ər-Rəd 14)
İSTİĞASƏ: İstiğasə, yardım diləmək, bəlaların uzaqlaşdırılmasını istəmək, qurtuluş deməkdir. İstiğasə iki növdür:
1. İcazə verilən istiğasə: Bu növ istiğasə bir kəsdən gücü çatan şeyi istəməkdir. Yəni biri suda boğulursa, yanırsa, yaxud başqa bir fiziki və maddi cəhətdən köməyə ehtiyacı varsa, imkanı olan adamdan bu köməyi istəyə bilər. Bu cür istiğasəyə icazə verilir.
2. Haram olan İstiğasə: Bu Allaha aid olan bir şeyi başqasından istəməkdir. Məsələn: övlad istəmək, yağış yağdırmaq kiminsə vasitəsilə kömək diləmək, şəfa istəmək kimi şeylər. Bu növ halları gedib pirlərdən, ölülərdən, qəbirlərdən ümumiyyətlə heç kimdən istəmək olmaz. Bu növ İstiğfasəyə icazə verilmir.
ŞƏFAƏT: Bir kəsin öz işini başqasının duası ilə Allaha ərz etməsidir. Şəfaət iki qisimdir:
1. Şəriətdə səhih olan şəfaət: Bu Allah təalanın (c.c) izni ilə qəbul olunan şəfaətdir.
2. Şirk olan Şəfaət: Bu o şəfaətdir ki, olur-olsun ölülərdən şəfaət istərsə, onların gücü çatmayan bir şeyi onlardan istəməyi ilə, onların nəyə isə qadir olduğuna inanır və onlardan kömək istəyir., onlar üçün qurban kəsir. Bununla da Allaha qarşı ən böyük günah işləmiş olur. Həmin adam özü Allahın yaratdığını Allahın qulunu Allaha tay tutur halbuki, Allahdan başqa heç kim heç nəyə qadir deyil. Həmin adam Allahın qulunu Allaha tay tutan özü üçün əbədi cəhhənəm qazanmış olur.
TƏVƏSSÜL: Təvəssül Allahdan şəfaət istəməkdir. Yəni hər hansı bir şeyi Allahdan istəməkm üçün, Allaha yaxınlaşmaq. Şəriət, saleh bir insanın başqa birisi üçün, Allahdan kömək diləməsinə icazə verir. Məsələn: Bir kor kişi gəlib Peyğəmbərə (s.a.a.s) deyir: Allaha dua et mənim gözlərimi acsın. Peyğəmbər (s.a.a.s) Allaha dua edir. Allahda Rəsulunun duasını qəbul edib, o kişiyə şəfa verir. Amma şəritədə kimə isə vəzifə verilməsi üçün Təvəssül yoxdur.
AND İÇMƏK: And içmək and içdiyin şəxsi ucaltmaq deməkdir. Bu da öz növbəsində ibadətin bir növüdür. İbadət isə ancaaq Allah təalaya (c.c) məxsusdur. Allahdan başqasına and içmək, həmin adamın Allah dərəcəsinə ucaldıb, Allaha şərik qoşmaqdır. Peyğəmbər (s.a.a.s) demişdir. Kim Allahdan başqasına and içərsə, şirk etmiş olur. (Səhih, Əbu Davud)
BİSMİLLƏH: Bu hər sözə və işə Allahın adı ilə başlamaq deməkdir. Allahdan başqasının adı ilə başlamağa icazə verilmir. Hətta Allahın adı ilə yanaşı başqasının adını çəkməyə də icazə verilmir.
NƏZİR: Müsəlmanın əslində ona vacib olmayan bir işi, könül xoşluğu ilə Allah rızası üçün görməsini özünə vacib etməsinə deyilir. Nəzirin Allahdan başqasına edilməsinə icazə verilmir.Çünki, nəzir ibadətdir. İbadət isə ancaq Allah üçündür.
Əziz müsəlman qardaşım, bil ki, Tövhidi Uluhiyyə bütün Peyğəmbərlərin gətirdiyi və haqqında kitablar endirdiyi, insanlara cənnət və cəhənnəm haqqında bildirən tövhiddir. Tövhidi Uluhiyyə, tövhidin ən uca mərtəbəsidir. Bu hər peyğəmbərin öz millətini haqqa dəvət edib, müşrüklərə qarşı cihada çağırış tövhiddir. Kim bu tövhidə əməl etməzsə o müşrik sayılır. Tovhidi Uluhiyyənin məqsədi,Allaha ibadəti və sevgini başqalarına olan ibadət və sevgidən üstün tutmaqdır. Allahdan qormağı başqasına itaət etməsindən üstün tutmaqdır. Bütün ibadətlərdə, məhəbbətdə, qorxuda, ümud və and içməkdə Allaha sadiq qalıb şirk etməməkdir.

                                                           TÖVHİDİ ƏSMAİ VƏ SİFƏT
                                                         (Allahın ad və sifətlərinin tövhidi)

Tövhidin bu növü ilə əlaqədar Allahın kitabında və Rəsulullahın sünnəsində Allah ən gözəl adlarını bizə öyrədir. Səhabələr və tabiinlərdən (ardıcıllar) olan sələflərin keçmişdən indiyə qədər əqidəsi budur ki, Allah təala (c.c) öz kitablnda Özünü necə təsfir edirsə, Peyğəmbər (s.a.a..s) öz sünnətində Rəbbinin ad və sifətlərini necə öyrədirsə biz də o cur qəbul etməliyik.
Ona bənzər heç bir şey yoxdur, O hər şeyi eşidən və Görəndir.(Şura, 11)
Bu etiqdın birinci hissəsi, ona bənzər heç bir şey yoxdur. Ayəsi Allahı kiməsə, nəyə isə bənzətməyə imkan vermir.
İkinci hissə: O hər şeyi Eşidən və Görəndir. Ayəsi isə Allahın sifətlərini təhrif edənlərə bir cavabdır. Çünki, Allah təalanın (c.c) adları dərk olunmazdır, onları ağılla dərk etmək olmaz.
Tövhidi Əsmai və Sifət aşağdakılara əsaslanır:
1) Allahın isim və sifətləri Kitab və sünnədə bildirilmişdir.
2) Allahın isim və sifətlərini təşbihdən qorumalı, bu ad və sifətlərə olduğu kimi inanıb, insanlardan birini bu ad və sifətlərə bənzətməkdən uzaq olmalıyıq.
3) Allahın sifətlərini necəliyini araşdırmaqdan uzaq olmalıyıq. Allah təala (c.c) bizə isim və sifətlərini bildirmiş, lakin bunların keyfiyyətindən xəbər verməmişdir. İmam Malik (r.a) Rəhman ərşə isteva etdi (ucaldı) cümləsi haqqında; necə gözəl söyləmişdir: İsteva məlum, necə ucalmağı isə məchuldur, iman gətirmək vacibdir, bunun haqqında soruşmaq isə bidətdir. Səhabə və tabiinin yolunda olan hər bir şəxs Kitab (Quranda) sünnədə (hədislərdə) göstərilən ad və sifətləri, Cəhmiyyə və Mötəzilə əqidələrində qəbul etdiyi kimi qəbul etməməlidir. Çünki, bu məzhəblər isteva kəlməsini istila kimi təvil edirlər, yəni Allah ərşi kimdənsə zəbt edib-istila edib, bu artiq Allah təala (c.c)-ya şər atmaqdır. Bu isə Quran və Sünnədən kənar çıxmaqdır. Səhabə və tabiin hətta zəlalət əhli olan alim və filosofların fəlsəfəsindən və təbiilərinidə uzaq dururlar. Bizə də səhabə və tabiinin ardınca getmək lazımdır. Çünki, düzgün dini onlar bilirdilər, onlar peyğəmbərin (s.a.a.s) dövründə yaşayıb öyrənmiş, elimli və bilikli olmuşdur. Quran və Sünnəyə tam əməl edir, bütün bunlara qəlbləri ilə inanırdılar. Bu Allah təala (c.c) Rəsulunun (s.a.a.s),onun səhabələrinin, tabiinin və onların yolu ilə gedən və hədislərini Səhi hədisləri toplayıb yığan İmam Buxari, Müslüm, Tirmizi, Nəsai, Əbu Davud, Səbri,İbn Uyeynə və daha başqa hədis rəvayitçilərinin yoludur. Əgər Allahın izni ilə bu hədislər toplanmasaydı, dinimiz əsassız və dəlilsiz olardı və batil etiqad sahiblərinin əlində əylənçəyə cevrilərdi.
Əssəalamu aleykum və rəhmutullahi və bərəkətuhu

Комментариев нет:

Отправить комментарий

Statistika