среда, 2 февраля 2011 г.

İblisin (şeytanın) Allahın Rəsulu (s.a.a.s) söhbəti

Seytanin sohbeti
-"Məndən sonra, ən çox kimlərə qarşı kinlisən və sevməzsən?.." Şeytan izah etdi:
- Əlbətki bir gəncə ki... varlığını Allah yoluna vermişdir.
Bundan sonra, sual cavab aşağıdakı şəkilde davam etdi. Rəsulullah (s.ə.v.) Əfəndimiz soruşdu; şeytan izah etdi:
- "Sonra kimi sevməzsən?"
- Özünü səbirli bildiyim, şübhəli işlərdən çəkinən alimi...
-"Sonra?.."
- Təmizlik işində... yuduğu yerləri üç dəfə yumağa davam edən kimsəni.
-"Sonra?.."
- Səbirli olan bir kasıbı ki; ehtiyacını heç kimə izah etməz... Halından şikayət etməz.
- "Yaxşı, bu kasıbın səbirli olduğunu hardan bilərsən?.."
Ya Məhəmməd, ehtiyacını özü kimi birinə açmaz. Hər kim ehtiyacını özü kimi birinə üç gün üst üstə izah etsə, Allah onu
səbr edənlərdən yazmaz. Səbirli kəslərin işi buna bənzəməz. Hasili, onun səbrini; halından, rəftarından və şikayət etməyişindən anlaram.
- "Sonra kim?.."
- Şükr edən zəngin.
- "Yaxşı, amma o zənginin şükr edən olduğunu necə anlarsan?.."
- Onu görsəm ki, al-götürdüyünü halal yoldan alıb götürür və məhəllinə xərcləyir. Bilərəm ki:
O şükr edən bir zəngindir.
* * *
Rəsulullah (s.ə.v.) Əfəndimiz bu dəfə mövzusunu dəyişdirdi və ona başqa bir sual ünvanlandırdı:
- "Yaxşı, ümmətim namaza qalxınca, sənin halın necə olar?.."
- Ya Məhəmməd, məni bir qızdırma tutar. Titrəyərəm.
- "Niyə belə olarsan; ya lənətlənmiş?.."
- Çünki bir qul, Allah üçün səcdə edincə bir dərəcə yüksələr.
- "Yaxşı, ya oruc tutduqları zaman necə olarsan?.."
- O zaman da bağlanaram. Taa, onlar iftar edənə qədər.
- "Yaxşı, ya həcc etdikləri zaman necə olarsan?.."
- O zaman da, dəli olaram.
- "Yaxşı, ya Quran oxuduqları zaman necə olarsan?.."
- O zaman da, əriyərəm. Eynilə atəşdə əriyən bir güllə kimi əriyərəm.
- "Yaxşı, ya sədəqə verdikləri zaman halın necədir?.."
- Hə, bax ... o zaman halım çox yaman olar. Sanki sədəqə verən, bir mişar götürər əlinə və məni ikiyə bölər.
Rəsulullah (s.ə.v.) Əfəndimiz səbəbini soruşdu:
- "Niyə mişar ilə ikiyə biçilərsən, ya Eba mürrə?"
Bunun üzərinə İblis:
- Onu da izah edim...
Dedikdən sonra izah etməyə başladı:
- Çünki sədəqədə dörd gözəllik vardır. Belə ki:
1- Allahı Təala, sədəqə verənin malına lütfkarlıq edər.
2- O sədəqə, verən kimsəni xalqına sevdirir.
3- Allahı Təala, onun verdiyi sədəqəni, cəhənnəmlə arasında bir pərdə edər.
4- Allahı Təala, bəlanı, çətinliyi və ahları ondan uzaqlaşdırar..
* * *
Bundan sonra, Rəsulullah (s.ə.v.) Əfəndimiz səhabələri haqqında ona bəzi suallar verdi:
- "Əbubəkr üçün nə deyərsən?.." İblis buna bu cavabı verdi:
- O mənə, cahiliyyət dövründə belə itaət etmədi... İslama girdikdən sonra necə mənə itaət edər?
- "Yaxşı, Ömər b. Hattab üçün nə deyərsən?.."
İblis buna da bu cavabı verdi:
- Allaha and içərəm ki, hər gördüyüm yerdə ondan qaçdım.
- "Yaxşı Osman b. Affan üçün nə deyərsən?.."
- Ondan utanaram... həm də çox... Necə ki, Rəhmanın mələkləri də ondan utanırlar. ..
- "Yaxşı, Əli b. Ebutalib üçün nə deyərsən. .."İblis onun üçün də belə dedi:
- Ah, onun əlindən bir xilas olsam... O, öz başına qalsa; mən də öz başıma qalsam... O, məni buraxsa... mən də onu buraxsam... Mən onu buraxaram; amma o məni buraxmaz.
Rəsulullah (s.ə.v.) Əfəndimiz, yuxarıdakı sualları soruşduqdan və şeytanın verdiyi cavablar da qismən bitdikdən sonra, belə buyurdu:
- "Ümmətimə səadət lütf edən; sənə də taa, müəyyən bir vaxta qədər möhlət verən Allaha həmd olsun."
Rəsulullah (s.ə.v.) Əfəndimizin o cümləsini eşidən lənətlənmiş İblis belə dedi:
- Əfsus, əfsus... Ümmətin səadəti harada? Mən, o müəyyən vaxta qədər diri qaldıkca, sən ümmətin üçün necə əmin olarsan?..
Mən, onların qan damarlarına girərəm. Ətlərinə qarışaram. Amma onlar, mənim bu halımı görə bilməz və bilə bilməzlər, məni yaradan və qiyamət gününə qədər mənə möhlət verən Allaha and içərəm ki:
Onların bütününü azdıraram. Cahillərini və alimlərini... Ümmilerini və oxumuşlarını... Facirlerini və abidlerini... Cəmisi, bunların heç biri əlimdən xilas ola bilməz.
Lakin... Allahın xalis qullarını... Bəli, bunları azdıra bilmərəm.
Bunun üzərinə Rəsulullah (s.ə.v.) Əfəndimiz soruşdu:
- "Sənə görə ixlas sahibi olan muhlis qullar kimlərdir?.."
Bu suala İblis bu cavabı verdi:
- Bilməzsənmi? ya Məhəmməd, bir kimsə ki, dirhəmini və dinarını sevər... O Allah üçün bir ixlasa sahib deyil.
Bir kimsəni görsəm ki; dirhəmini və dinarını sevməz; təriflənməkdən, mədh edilməkdən xoşlanmaz... bilərəm ki o: İxlas sahibidir... Dərhal onu buraxar qaçaram.
Bir qul, malı və təriflənməyi sevdiyi müddət, ürəyi də dünya arzularına bağlı qaldığı müddət, o sizə xüsusiyyətim etdiyim kəslər arasında mənə ən çox itaət edəndir.
Bilməzsənmi ki; mal sevgisi, böyük günahların ən böyüyüdür.
Bilməzsənmi ki; ya Məhəmməd, baş olma sevgisi yenə böyük günahların ən böyükləri arasındadır.
İblis, izah etməyə davam etdi:
- Ya Məhəmməd, bilməzsənmi?.. Mənim yetmiş min dənə uşağım var. Bunların hər birini bir başqa yerə təyin etmişəm. Sonra... o hər uşağımla birlikdə yenə yetmiş min dənə şeytan vardır.
Onların bir qismini üləmaya göndərdim.
Bir qismini gənclərə göndərdim.
Bir qismini də, meşayiha saldım.
Bir qismini də, qoca qadınlara göndərdim.
Gənclərə gəlincə; aramızda heç bir anlaşılmazlıq yoxdur. Onlarla çox yaxşı dolanırıq.
Uşaqlara gəlincə... onlarla da, bizimkiler istədikləri kimi birlikdə oynayarlar.
Bizimkilərin bir qismini də, abidlerin başına dərd etdim. Bir qismini də zahidlərin.
Onlar, bunların yanına girər; haldan-hala salarlar. Bir təpədən o birisinə... həmişə dolaşdırıb dayanarlar. Elə bir hal alarlar ki; başlarlar, səbəblərdən hər hansı birinə söyməyə...
Beləcə, onlardan ixlası alaram... Onlar, bu hallar ilə, etdikləri ibadəti, ixlassız edərlər artıq... Amma, bu hallarının fərqində ola bilməzlər.
İblis, bundan sonra, aldatdığı bir rahibin hekayəsini izah etməyə keçdi. Və belə dedi;
- Bilməzsənmi, ya Məhəmməd, Rahib Barsisa; tam yetmiş il ixlas ilə Allaha ibadət etdi.
Bu ibadətləri sonunda, ona elə bir hal lütf edilmişdi ki: Hər dua etdiyi xəstə, duası bərəkəti ilə şəfa tapardı.
Onun arxasına ilişdim; heç buraxmadım... Zina etdi. Qatil oldu. Sonunda da küfrə girdi.
Bu o kimsədir ki; Allahı Təala əziz kitabında, ona belə izah edər:
- "... Şeytanın halı kimidir ki; o insana:
-Kafir ol...
Dedi. Vaktaki o kafir oldu; bu dəfə ona belə dedi:
- Mən, səndən uzağam... Mən aləmlərin
Rəbbi olan Allahdan qorxaram." (59/16).
* * *
İblis, bundan sonra, bəzi pis xasiyyətlər üzərində dayandı. Və onların hər birindən necə istifadə etdiyini izah etdi...
YALAN:
- Bilməzsənmi ya Məhəmməd, yalan məndəndir və ilk yalan danışan da mənəm.
Hər kim yalan danışsa... o mənim dostumdur.
Hər kim yalan yerə and içsə... o da mənim sevgilimdir.
Bilməzsənmi ya Məhəmməd, mən Adəmə və Həvvaya yalan yerə Allah adına and içdim.
- "Şübhəsiz, mən sizə nəsihət edirəm." (7/16).
Dedim... Bunu edərəm; çünki yalan yerə and könlümün əyləncəsidir.
QEYBƏT- İNTRİQAÇILIQ:
Qeybət və intriqaçılığa gəlincə... Onlar da, mənim meyvələrim və şənliyim.
NİKAH ÜZƏRİNƏ AND İÇMƏK:
- Hər kim, talaq üzərinə and edərsə... günahkar olacağından narahatlıq edilər. İstəsə bir dəfə olsun. İstəsə doğru bir şey üzərinə olsun.
Hər kim, talağı ağzına alarsa... taa, həqiqət müəyyən olana qədər arvadı ona haram olar. Onlar bu halları ilə, qiyamətə qədər meydana gətirəcəkləri uşaqlar, həmişə zina uşağı olar. Ağıza alınan o talaq sözü üzündən, hamısı cəhənnəmə girər.
NAMAZ:
- Ya Məhəmməd, namazı anbaan təxir edənə gəlincə... onu da izah edim.
O, hər nə zaman ki, namaza qalxmaq istər; məbləğim. Ona vəsvəsə verərəm.
Deyərəm ki:
- Hələ vaxt var. Sən də məşğulsan. Hələ hələlik işinə bax. Sonra edərsən.
Beləcə o: Vaxtının xaricində namazını edər... Və bu səbəbdən onun etdiyi namaz yüzünə atılar.
Əgər o kimsə, məni məğlub etsə... ona insan şeytanlardan birini yollaram... Beləcə onu vaxtında namaz qılmağa qoymaz.
O, bunda da, məni məğlub etsə... bu səfər onun hesabını namazından görməyə baxaram. O namazın içində ikən:
- Sağa bax... sola bax...
Deyərəm... O da, baxar... O ki belə etdi... üzünü oxşayar alnından öpərəm. Bundan sonra ona:
- Sən, əbədi yaramaz bir iş etdin.
Deyərəm və beləcə onun dincliyini pozaram.
Sən də bilərsən ki ya Məhəmməd, hər kim namazda sağa və sola çox baxsa, Allah onun namazını qəbul etməz.
Bunda da ona məğlub olsam. Tək başına namaz qıldığı zaman yanına gidərəm. Və ona: Tez namaz qılmasını əmr edərəm. O da, başlıyar; namazını tez-tez qılmağa. Eynilə xoruzun, dimdiyi ilə yerdən bir şeylər yığdığı kimi...
Bu işi, ona etdirməkdə də, müvəffəqiyyət qazanammaramsa; bu səfər camaatla namaz qılarkən onun yanına çataram.
Orada onun başına bir gem taxaram... Başını imamdan əvvəl səcdədən və rukudan qaldıraram... İmamdan əvvəl də, səcdə və ruku etdirərəm.
belə... o belə etdiyi üçün, qiyamət günü Allah onun başını eşşək başına çevirər.
O kimsə, bunda da məni məğlub etsə... Bu dəfə, ona namazda barmaqlarını çırtlatmasını əmr edərəm. Beləcə o: Məni təşbeh edənlərdən olar. Amma bu işi ona namaz içində etdirməyə müvəffəq olsam.
Bunda da, ona məğlub olsam. Bu dəfə ona təkrar gedərəm. Namaz içində ikən burnuna üfləyərəm. Mən üfləyincə, o əsnəməyə başlar.
Əgər o, bu əsnəmə əsnasında əli ilə ağzını bağlamazsa... onun içinə kiçik bir şeytan girər, dünya ehtirasını və dünyəvi bağlarını çoxaldar.
Bax... bundan sonra o kimsə: Həmişə bizə itaət edər. Sözümüzü dinlər. Dediklərimizi
edər.
* * *
Şeytan bundan sonra, danışmağa davam etdi:
- Sən, ümmətin hansı səadətindən əminsən ki?..
Mən onlara, nə tələlər quraram... nə tələlər.
Miskinlərinə, çarəsizlərinə və yazıqlarına gedərəm. Namazı buraxmalarını əmr edərəm. Və onlara deyərəm ki:
- Namaz sizə görə deyil... O, Allahın nuş lütf etdiyi və bolluq verdiyi kəslər üçündür.
Sonra da xəstələrə gedərəm:
- Namaz qılmağı burax. Deyərəm... Çünki Allahı Təala:
- "Xəstələrə çətinlik yox..." (24/61)
Buyurdu... Yaxşı olduğun zaman çoxlu qılarsan. Və beləcə o, namazını buraxar. Hətta küfrə də gedə bilər.
Əgər o, xəstəliyində namazını tərk edərək ölüb gedərsə... Allahın hüzuruna çıxarkən, .Allahı Təalanı hirsli görər.
Sonra belə dedi:
-Ya Məhəmməd, əgər bu sözlərimə yalan qatdımsa, məni əqrəb sancsın... Sonra... əgər yalan varsa... Allah (CC) məni kül etsin.
İblis bundan sonra, danışığına davam etdi və belə dedi:
-Ya Məhəmməd, sən ümmətin üçün ümüdmü edirsən? Halbuki mən onların altıda birini dinindən çıxardım.
* * *
Bundan sonra... Rəsulullah (s.ə.v.) Əfəndimiz ona, yəni İblisə aşağıdakı şəkildə qısa-qısa bəzi suallar verdi. O da bunlara cavab verdi:
- Ya lənət olunmuş, sənin oturma yoldaşın kimdir?"
- Faiz yeyən.
- "Dostun kimdir?"
- Zina edən.
- "Yataq yoldaşın kimdir?"
- Sərxoş.
- "Qonağın kimdir?"
- Oğru.
- "Elçin kimdir?"
- Sehrbazlar.
- "Gözünün nuru nədir?"
- Qadın boşamaq.
- "Sevgilin kim?
- Cümə namazını buraxanlar.
* * *
Rəsulullah (s.ə.v.) Əfəndimiz bu dəfə başqa bir mövzuya keçdi və belə soruşdu:
- "Ya lənət olunmuş, sənin ürəyini nə qırar?"
- Allah yolunda cihada qaçan atların kişnəməsi...
- "Yaxşı, sənin cismini nə əridər?"
- Tövbə edənlərin tövbəsi.
"Yaxşı, ciyərini nə parçalar, nə çürüdər?"
- Gecə və gündüz, Allaha edilən bol-bol istiğfar.
- "Yaxşı, üzünü nə büzdürər?"
- Gizli sədəqə.
- "Yaxşı, gözlərini kor edən nədir?"
- Gecə namazı.
- "Yaxşı, başını əydirən nədir?
- Çox qılınan camaatla namaz.
* * *
Rəsulullah (s.ə.v.) Əfəndimiz təkrar bir başqa mövzuya keçdi və belə soruşdu:
- "Sənə görə insanların ən səadətlisi kimdir?"
- Namazlarını bilərək qəsdən buraxanlar.
- "Yaxşı, sənə görə insanların ən şakisi kim?"
- Xəsislər.
- "Yaxşı, nə səni işindən edər ?"
- Üləma məclisləri.
- "Yaxşı, yeməyini necə yeyərsən?"
- Sol əlimlə barmaqlarımın ucu ilə.
- "Yaxşı, sam yeli əsdiyi zaman və ortalığı istilik basdığı zaman uşaqlarını harada kölgələndirərsən?"
- İnsanların dırnaqları arasında.
* * *
Rəsulullah (s.ə.v.) Əfəndimiz bundan sonra, bir başqa mövzunu soruşdu. İblis də cavab verdi.
- "Rəbbindən nələr tələb etdin?"
- On şey tələb etdim.
- "Nədir onlar, ya lənətlənmiş?"
- Bunlardır:
1- Allahdan dilədim ki, məni adəm-oğullarının malına və övladına ortaq edə... Bu, ortaqlıq tələbimi yerinə yetirdi. Ki bu:
- "Onlara ortaq ol... Mallarına və uşaqlarına. Onlara vəd et. Halbuki şeytan onlara ən çox qürur vəd edər..." (17/64) Ayəs-i Cəliləsi ilə sabitdir.
Hər bəsmələsiz kəsilən heyvan ətindən yeyərəm faiz və haram qarışan yeməkdən də yeyərəm.
Şeytandan Allaha sığınılmayan malın da ortağıyam.
Cinsi münasibət anında; Allaha şeytandan sığınmayan kimsə ilə birlikdə xanımı ilə birləşərəm... Və o birləşmədən hasil olan uşaq, bizə itaət edər. Sözümüzü dinləyər.
Hər kim heyvana minərkən, halal yola getməyi deyil də, əksini istəyərək minsə, mən də onunla birlikdə minərəm. Yol yoldaşı və minik yoldaşı olaram.
Bu da Ayə Kərimə ilə sabitdir. Allahı Təala mənə bu əmri verdi:
- "Onlar üzərinə süvarilərinlə, piyadalarınla qışqırıq çıxart..." (17/64)
2- Allahı Təaladan dilədim ki: Mənə bir ev verə... Bu dilədiyim üzərinə hamamları mənə ev olaraq verdi.
3- Dilədim ki; mənə bir məscid verə. Bazar yerlərində mənə bir məscid tikdi.
4- Mənim üçün bir oxuma kitabı verməsini istədim. Şeirləri mənə oxuma kitabı etdi.
5- İstədim ki; mənim üçün bir azan verə. Mezmurları verdi.
6- Dilədim ki; mənə bir yataq yoldaşı verə... Sərxoşları verdi,
7- Dilədim ki; mənə köməkçilər verə... Bunun üçün də qədəriyə mənsublarını verdi.
8- İstədim ki; mənə qardaşlar verə. Mallarını boş yerə israf edənləri verdi. Bir də masiyet yoluna pul xərcləyənləri. Bunlar da bu Ayə Kərimə ilə sabitdir:
- "O kəslər ki; mallarını boş yerə xərclərlər... Onlar şeytanın qardaşları olarlar..." (17/27)
Bir ara Rəsulullah (s.ə.v.) Əfəndimiz belə buyurdu:
- "Əgər söylədiklərini, Allahın kitabındakı ayələrlə isbat etməsəydin. Səni təsdiq etməzdim."
Bundan sonra İblis davam etdi:
9- Ya Məhəmməd, Allahdan dilədim ki, adəmoğullarını mən görüm; amma onlar məni görə bilməsinlər. Bu diləyimi də yerinə yetirdi.
10- Dilədim ki; adəmoğullarının qan damarlarını mənə yol edə... Bu da oldu. Beləcə mən, onlar arasında axıb gedərəm... gəzərəm... həm necə istəsəm...
Bütün bu istəklərimi verdi.
- Hamısı sənə verildi.
Buyurdu... Və mən bu hallarımla fəxr edərəm. Sonra... Bunu da əlavə edək ki; mənimlə birlikdə olanlar, səninlə birlikdə olanlardan daha çoxdur. Bax... beləcə qiyamətə qədər, adəmoğullarının əksəriyyəti mənimlə birlikdə olarlar.
Bundan sona İblis belə izah etdi:
- Mənim bir oğlum vardır... Adı: ATEME-dir. Bir qul, şam namazını etmədən yatsa... gedər; onun qulağına işəyər... Əgər belə olmasaydı; imkan yox, insanlar, namazlarını əda etmədən yata bilməzdilər.
Mənim bir oğlum daha vardır ki; onun adı da; MÜTEKAZİ-dir... Bunun vəzifəsi də; edilən gizli əməlləri yaymağa çalışmaqdır.
Məsələn: Bir qul, gizli bir səvab işlərsə... və bu etdiyini də gizləməyə çalışsa... MÜTEKAZİ onu dürtər... Ən sonunda o gizli əməlin yayılmasına və ortaya çıxarmağa müvəffəq olar. Beləcə: Allahı Təala o əməl sahibinin yüz səvabının doxsan doqquzunu məhv edər... biri qalar. Çünki, bir qulun etdiyi gizli bir əməl üçün tam yüz səvab verilər.
Sonra... mənim bir oğlum daha vardır ki; onun adı da KÜHAYL-dir. Bunun işi də insanların gözlərini sürmələməkdir. Xüsusilə, üləma məclisində və hatip xütbə oxuyarkən.' Bu sürmə onların gözünə çəkildikdə mürgüləməyə başlarlar. Üləmanın sözlərini eşidə bilməzlər. Beləcə heç savab götürə bilməzlər.
Bundan sonra İblis belə izah etdi:
- Hansı qadın olursa olsun... Onun qalxdığı yerə şeytan oturar. Sonra... hər qadının qucağında mütləq bir şeytan dayanar... Və onu, nazirlərə gözəl göstərər. Sonra o qadına bəzi əmrlər verər. Məsələn:
- Əlini qolunu çölə çıxar; göstər. Deyər... O da, bu əmrə uyar... Əlini, qolunu açar, göstərər. Bundan sonra, o qadının həya pərdəsini dırnaqları ilə cırar.
iblis, bundan sonra Rəsulullah (s.ə.v.) Əfəndimizə öz vəziyyətini izah etməyə başladı:
- Ya Məhəmməd, bir kimsəni dəlalətə sürümək üçün əlimdə bir imkan yoxdur.
Mən, ancaq vəsvəsə verərəm və bir şeyi gözəl göstərərəm... o qədər.
Əgər dəlalətə sürümək əlimdə olsaydı; yer üzündə:
- Allahdan başqa ilahi yoxdur və Məhəmməd Allahın rəsuludur.
Deyən hər kəsi, oruc tutanı və namaz qılanı heç buraxmazdım. Hamısını dəlalətə salardım. Necə ki, sənin əlində də, hidayət növündən bir şey yoxdur. Sən ancaq Allahın rəsulusan. Və təbliğə məmursan. Əgər hidayət əlində olsaydı; yer üzündə tək kafir buraxmazdın.
Sən, Allahın xalqı üzərində bir huccətsən... mən də, özü üçün əzəldə şekavey yazılan kəslərə bir səbəbəm.
Səid olan kimsə, taa, ana qarnında ikən səiddir. Şaki olan da, yenə ana qarınında ikən şakidir.
Səadət əhli edən Allah... Şekavet əhli edən də Allah.
Bundan sonra... Rəsulullah (s.ə.v.) Əfəndimiz bu iki Ayə Kəriməni oxudu:
- "Bunlar, taa, sonuna qədər belə dəyişik şəkildə davam edəcək... Ancaq Rəbbin əsirgədikləri xaric..." (11/119)
- "Allahın əmri behemehal yerini tapan bir qədərdir..." (33/38)
Bundan sonra, Rəsulullah (s.ə.v.) Əfəndimiz, İblisə belə buyurdu:
- "Ya Ebamürrə, görəsən sənin bir tövbə etməyin və Allaha dönməyin mümkün deyilmi? Cənnətə girməyinə kəfil olaram... Söz verərəm..."
Bunun üzərinə İblis belə dedi:
- Ya Rəsulullah, iş verilən hökmə görə oldu... Qərarı yazan qələm də qurudu... Qiyamətə qədər olacaq işlər olacaq.
Səni peyğəmbərlərin əfəndisi edən, cənnət əhlinin hatibi edən və səni xalqı içindən seçən və xalqı arasında bir nümunə edən, məni də şakilerin əfəndisi edən və cəhənnəm əhlinin hatibi edən Allahdır. Və o: Bütün nöqsan sifətlərdən münəzzəhdir.
Və İblis, cümlələrini belə tamamladı:
- Bax belə... bu söylədiklərim, sənə son sözüm... Və bütün söylədiklərimi də doğru söylədim.
Əvvəl, axır, zahir, qərbin, aləmlərin Rəbbi olan Allaha həmd olsun.
Əfəndimiz Məhəmməd Nəbiyə Allah salat etsin. Həmçinin onun əhli-beytinə də... səhabələrinə də... Amin!

Комментариев нет:

Отправить комментарий

Statistika