среда, 2 февраля 2011 г.

Dini sual-cavablar (dəlillərə əsasən)

Din haqqinda
1. Allah bizi nə üçün yaradıb?
Allah bizi yaradıb ki, yalnız Ona ibadət edək və heç bir şeyi Ona şərik qoşmayaq.
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat, 56)
"Allahın bəndələri üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaqdır".(əl-Buxari və Muslim)

2. Allaha necə ibadət etməliyik?
Allaha ixlasla, onun və Peyğəmbərinin(s.ə.s) buyurduğu kimi ibadət etməliyik.
"Halbuki Onlara əmr edilmişdi ki, Allaha ixlasla, dini yalnız Ona aid edərək, ibadət etsinlər"(əl-Beyyinə, 5)
"Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd olunur". (Muslim)

3. Məgər Allaha qorxu və istəklə ibadət etməliyik?
Bəli, biz Allaha qorxu və istəklə ibadət etməliyik.
"Allaha həm qorxu, həm də istəklə dua (ibadət) edin" (yəni, Cəhənnəm əzabından qorxaraq və Cənnət nemətlərini istəyərək) (əl-əraf, 56)
"Mən Allahdan Cənnət istəyirəm və atəşdən (Cəhənnəm əzabından) Ona pənah aparıram.(Əbu davud – "səhih"dir)

4. İbadətdə ehsan nə deməkdir?
Bu, Allahın bizi daim gördüyünü etiqad etmək deməkdir.
"Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir" (ən-Nisa, 1) "O Allah ki səni namaza duranda da görür" (əş-Suara, 218)
"Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, sən Onu görməsəndə O səni görür.(Muslim)

5. Allah nə üçün peyğəmbərlər (a.s) göndərmişdir?
Allah peyğəmbərləri (a.s) ona görə göndərib ki, insanları Ona ibdadət etməyə və heç bir şeyi Ona şərik qoşmamağa dəvət etsinlər.
"Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" – deyə peyğəmbər göndərmişdik. (ən-Nəhl, 36)
"Peyğəmbərlər başqa-başqa qadınlardan olan qardaşlardır! Anaları ayrı, dinləri isə vahiddir. (yəni, hər bir peyğəmbər tövhidə (Tək Allahlığa) dəvət etmişdir)".(Muslim)

6. Üluhiyyə tövhidi nədir?
Bu, dua, nəzir, qurban və s. ibadətləri yalnız Allah üçün etməkdir.
"Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur..."(Muhəmməd, 19)
"Qoy sənin onları dəvət edəcəyin ilk şey – Allahdan başqa heç bir ilahın olmamasına şəhadət gətirmək olsun!" (əl-Buxari və Muslim)

7. "Lə ilahə illəllah"ın mənası nədir?
Mənasi: "Alahdan başqa həqiqi (ibadətə layiq olan) məbud yoxdur".
"Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir..."(Loğman, 30)
"Lə ilahə illəllah deyən və Allahdan qeyri ibadət olunanları inkar edən hər kimsənin malı da, qanı da haramdır.(yəni, malını mənimsəmək və qanını axıtmaq)".(Muslim)

8. "Allahın sifətlərində tövhid" nə deməkdir?
Allahın ad və sifətlərini Quranda və Peyğəmbərin (s.ə.s) hədislərində vəsf olunduğu kimi təsdiq etməkdir.
Ona bənzər heç bir şey yoxdur. O (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir" (əş-Şura, 11)
"Sizin uca Rəbbiniz hər gecə (Özünə layiq keyfiyyətdə) dünya səmasına nazil olur". (Muslim)

9. Tövhidin müsəlmana olan səmərəsi nədir?
Hər bir müsəlman tövhidi qəbul etməklə dünyada haqq yola yönəlir, axirətdə isə əmin-amanlıqda olur.
"İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam, 82)
"Bəndələrin Allah üzərində olan haqqı Ona şərik qoşmayana əzab verməməsidir". (əl-Buxari və Muslim)

10. Allah haradadır?
Allah ərşin üzərindədir.
"Rəhman ərşin üzərinə istiva etdi! (yəni, ucaldı və yüksəldi)". (Taha, 5)
"Allah bir yazı yazdı: "Həqiqətən, Mənim rəhmətim qəzəbimi qabaqladı". Bu da Onun dərgahında, ərşin üzərində (olan lövhi-məhfuzda) yazılmışdır".(əl-Buxari)

11. Allah zatı ilə bizimlədir yoxsa elmi bizimlədir?
Şübhəsiz ki, Allahın elmi bizimlədir. O hər şeyi görür və eşidir.
"(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm! (Taha, 46)
"Doğrusu siz (hər şeyi) eşidəni, (sizə) yaxın olanı çağırırsınız! O da sizinlədir.(yəni, sizi görür və eşidir)". (əl-Buxari və Muslim)

12. Ən böyük şirkin zərəri nədir?
Ən böyük şirk əbədi Cəhənnəmdə qalmağa səbəb yaradır.
"...Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir...(əl-Maidə, 72)
"Allaha şərik qoşub ölən şəxs Cəhənnəmə daxil olar". (Muslim)

13. İnsan şirk edə-edə digər yaxşı əməlləri ona fayda verə bilərmi?
Xeyr, şirk ola-ola yaxşı əməl öz sahibinə heç cür fayda verə bilməz.
"Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı!" (əl-Ənam, 88)
"Hər kimsə etdiyi əməldə qeyrisini Mənə şərik qoşarsa, Mən onu da, şərik qoşduğunu da tərk edərəm". (Muslim)

14. Müsəlmanlar arasında şirk mövcuddurmu?
Bəli, təəssüflər olsun ki, mövcuddur, özü də çox.
"Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar" (Yusif, 106)
"Ümmətimdən olan qəbilələr müşrikləri və bütpərəstləri haxlamayınca (onların əqidəsini qəbul etməyincə) qiyamət qopmaz".(ət-Tirmizi – "səhih"dir)

15. Allahdan qeyrisinə dua etməyin hökmü nədir?
Allahdan qeyrisinə edilən dua, sahibini Cəhənnəmə varid edən şirkdir.
"Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya dua (ibadət) etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!" (əş-Suara, 213)
"Allahdan qeyrisinə dua (ibadət) edib ölən şəxs Cəhənnəmə daxil olar".(əl-Buxari)

16. Məgər dua uca Allah üçün edilən ibadətdir?
Bəli, dua uca Allah üçün edilən ibadətdir.
"Rəbbiniz buyurdu: "Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlüklərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir, yaxud əl-Mumin 60)
"Dua ibadətdir". (ət-Tirmizi – "səhih"dir)

17. Ölülər duanı eşidirlərmi?
Xeyr, ölülər duanı eşitmirlər!
"Şübhəsiz ki, sən nə ölülərə, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən!" (ən-Nəml, 80) "Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən" (Fatir, 22)
"Həqiqətən, Allahın yer üzünü səyahət edən mələkləri vardır ki, onlar ümmətimin salamını mənə çatdırırlar". (ən-Nəsai – "səhih"dir)

18. Ölüdən və ya qeybdə olandan kömək diləyə bilərikmi?
Xeyr, nə ölüdən, nə də qeybdə olandan kömək diləmək olar! Əksinə, biz yalnız Allahdan kömək diləməliyik.
"O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da sizə cavab verdi (duanızı qəbul etdi)". (əl-ənfal, 9)
"Peyğəmbərə (s.ə.s) bir narahatlıq və ya bir müsibət üz verdikdə deyərdi: "Ey əbədi, ey əzəli (olan Allah)! Sənin rəhmətinə Səndən kömək diləyirəm". (əl-Hakim – "həsən"dir)

19. Allahdan qeyrisinə and içmək olarmı?
Xeyr, Allahdan qeyrisinə and içmək olmaz.
"De: "Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz". (ət-Təğabun, 7)
"Kim Allahdan qeyrisinə and içərsə artıq şirk etmiş olar".(Əhməd "səhih"dir)

20. Həmayil (göz muncuğu və s.) və tilsimlər asmaq olarmı?
Onları asmaq olmaz, çünki bunu etmək şirkdir.
"Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!" (əl-Ənam, 17)
"Kim (gözdəymədən və s. Qorunmaq üçün) tilsim asarsa artıq şirk etmiş olar". (Əhməd – "səhih"dir)

21. Uca Allaha nə ilə təvəssül etməliyik?
Allaha saleh əməllərlə, Onun ad və sifətləri ilə təvəssül etməliyik.
"Ən gözəl adlar Allahındır! Onu bu adlarla çağırıb dua edin" (əl-Əraf, 180)
"Sənin Özünə verdiyin, Sənə məxsus hər bir adla Səndən istəyirəm!" (Əhməd – "səhid"dir)

22. Dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olurmu?
Xeyr, dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olmur.
"(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm". (əl-Bəqərə, 186)
"Doğrusu siz (hər şeyi) eşidəni, yaxın olanı çağırırsınız! O da sizinlədir". (yəni, sizi görür və eşidir.) (əl-Buxari və Muslim)
23. Peyğəmbərin (s.ə.s) vasitəçiliyi nədir?
Peyğəmbərin (s.ə.s) vasitəçiliyi Allahın ona nazil etdiyini təbliğ etməkdir.
"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et" (əl-Maidə, 67)
Peyğəmbərin (s.ə.s) səhabələri: "Biz şəhadət gətiririk ki, artıq sən təbliğ etdin, yerinə yetirdin və nəsihət etdin!" söylədikdə o demişdir: "Allahım şahid ol!" (Muslim)
24. Peyğəmbərin (s.ə.s) şəfaətini kimdən istəməliyik?
Biz Peyğəmbərin (s.ə.s) şəfaətini yalnız Allahdan istəməliyik.
"De ki: "Şəfaət bütünlüklə Allaha məxsusdur". (əz-Zumər, 44)
"Allahım, onu mənə şəfaətçi et!". (yəni, Peyğəmbəri (s.ə.s)) (ət-Tirmizi – "həsən"dir)
25. Alahı və onun Rəsulunu (s.ə.s) necə sevməliyik?
Məhəbbət itaət etməklə və buyuruqları yerinə yetirməklə həqiqi məhəbbət hesab olunur.
"(Ya Muhəmməd) De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın". (Ali-İmran, 31)
"Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz". (Muslim)
26. Peyğəmbəri (s.ə.s) mədh etdikdə mübaliğə edə (həddi keçə) bilərikmi?
Peyğəmbəri (s.e.s) mədh etdikdə mübaliğə etmək olmaz.
"De ki: "Mən də sizin kimi bir insanam.Mənə vəhy olunur ki, sizin ilahınız tək olan Allahdır". (əl-Kəhf, 110)
"Nəsranilər Məryəm oğlunu (mədh edib) mübaliğə etdiyi kimi, siz də məni (mədh edib) mübaliğə etməyin! Mən ancaq bir qulam. Odur ki, deyin: "Allahın qulu və elçisidir!" (əl-Buxari)
27. İlk yaradılan məxluq kimdir?
İnsanlardan Adəm (a.s), əşyalardan isə qələm ilk yaradılmış məxluqdur.
"O zaman sənin Rəbbin mələklərə belə demişdir: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam!" (Sad, 71)
"Həqiqətən, Allahın yaratdığı ilk məxluq qələmdir". (Əbu Davud, ət-Tirmizi – "həsən"dir)
28. Muhəmməd (s.ə.s) nədən xəlq edilib?
Allah Muhəmmədi (s.ə.s) nütfədən xəlq etmişdir.
"Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan Odur!" (Ğafir, yaxud Mumin 67)
"Həqiqətən sizlərdən hər biri anasının bətnində xəlq olunarkən (hamiləliyin ilk) qırx günündə nütfə halında olur,...".(əl-Buxari və Muslim)
29. Möminlər üçün dostluq nə deməkdir?
Bu, tək Allaha ibadət edən möminləri sevmək, onlara köməklik göstərmək deməkdir.
"Mömin kişilər və mömin qadınlar bir-birinə dostdurlar!" (ət-Tövbə, 71)
Peyğəmbər (s.ə.s): "Həqiqətən, möminin möminə bağlılığı, daşları bir-birinə keçmiş binaya bənzəyir!" – deyib barmaqlarını çarpazlaşdırdı.(Muslim)
30. Kafirləri sevmək, onlara kömək etmək olarmı?
Xeyr! Kafirləri sevmək, onlara kömək etmək olmaz.
"Sizdən kim onlarla (kafirlərlə) dostluq edərsə, o da onlardandır". (əl-Maidə, 51)
"Sübhəsiz ki, Əbu filankəsin ailəsi (kafir olduqlarına görə) mənim dostlarım deyillər".(əl-Buxari və Muslim)
31. Kimdir həqiqi vəli (dost)?
Həqiqi vəli yalnız Allahdan qorxan möminlərdir.
"Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və Allahdan qorxmuşlar".(Yunus, 62,63)
"Mənim dostum ancaq Allah və saleh möminlərdir". (əl-Buxari və Muslim)
32. Allah Quranı nə üçün nazil edib?
Allah Quranı nazil edib ki, onu oxuyub əməl edək. (Şübhəsiz ki, onu büküb harasa qoymaq, yaxud asmaq heç bir fayda verməz.)
"Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!" (əl-Əraf, 3)
"Quran oxuyun və ona əməl edin, onu atıb getməyin və onda mübaliğə etməyin, onu qazanc mənbəyinə çevirməyin və onu mənimsəməyin!" (Əhməd – "səhih"dir)

33. Hədislərsiz, yalnız Quranla kifayətlənə bilərikmi?
Yalnız Quranla kifayətlənmək Allahın qoyduğu şəriətə, Peyğəmbərin (s.ə.s) və onun ardıcıllarının tutduğu yola ziddir.
"Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil ediləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl, 44)
"Doğrusu mənə Quranla birlikdə onun mislində olan (Sünnə) verildi!".(Əhməd – "səhih"dir)
34. Hər hansı bir sözü Allahın və Onun Rəsulunun sözündən önə keçirə bilərikmi?
Heç bir sözü onların sözündən üstün hesab etmək olmaz.
"Ey iman gətirənlər! (Sözləriniz və hərəkətlərinizlə) Allahın və Peyğəmbərinin qabağına keçməyin. Allahdan qorxun".(əl-Hucurat, 1)
"Allaha asi olaraq (kiməsə) itaət etmək olmaz! Yalnız (asilik olmayan) yaxşı işlərdə itaət etmək olar!". (Əbu Davud – "səhih"dir)
35. Aramızda mübahisə düşsə nə etməliyik?
Mübahisə düşəndə Qurani Kərimə və səhih sünnəyə dönmək vacibdir.
"Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" (ən-Sisa, 59)
"Sizə iki şeyi tərk edirəm ki, onlardan yapışsanız heç vaxt zəlalətə düşməzsiniz! Bu, Allahın kitabı və peyğəmbərin sünnəsidir". (Malik – "səhih"dir)
36. Dində olan "bidət" nədir?
Şəriətdə (Quran və Sünnədə) dəlili olmayan hər bir şey bidətdir.
"Yoxsa müşriklərin Allahın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır".(əş-Şura, 21)
"Bizim işimizə (dinimizə) ondan olmayan bir yenilik gətirənin gətirdiyi rədd edilir".(Qəbul olunmur) (əl-Buxari və Muslim)
37. Dində gözəl "bidət" varmı?
Xeyr! Dində gözəl "bidət" yoxdur.
"Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim".(əl-Maidə, 3)
"Sizə (dinə əlavə edilən) yeniliklərdən çəkinməyi əmr edirəm! Həqiqətən, hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir". (Əbu Davud – "səhih"dir)
38. İslamda gözəl "sünnə" varmı?
Bəli, islamda gözəl "sünnə" var. Xeyirxah işlərdə nümunə olmaq kimi.
"Və o kəslər ki: "Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar bəxş et və bizi müttəqilərə imam et!" (yəni, xeyirxah işlərdə nümunə et!) deyərlər". (əl-Furqan, 74)
"Kim islamda (unudulmuş) gözəl bir sünnəni bərpa edərsə, ona həm öz əməlinin, həm də ondan sonra həmin sünnəyə əməl edənin savabı qədər savab yazılar". (Muslim)
39. İnsan öz nəfsini islah etməklə kifayətlənə bilərmi?
İnsan həm öz nəfsini, həm də yaxınlarını islah etməlidir.
"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır".(ət-Təhrim, 6)
"Hər biriniz hamidir və hər biriniz də himayəsində olanlar barədə sorğu-sual ediləcəkdir. Rəhbər öz rəiyyəti barədə sorğu-sual ediləcək..." (ət-Tirmizi)
40. Müsəlmanlar nə zaman qələbə çalacaqlar?
Müsəlmanlar yalnız Allahın kitabına və Peyğəmbərinin (s.ə.s) sünnəsinə əməl etdikdə qələbə çalacaqlar.
"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın və Peyğəmbərinin dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər". (Muhəmməd, 7)

Ruzi ve gunah
Allah-Təala bütün mövcudatlardan ehtiyacsızıdr.Şübhəsiz ki,kim günah iş görüb zülm etsə cəhənnəmə layiqdir.Yalnız hər bir insan gərək öz gözəl əməlləri ilə Onu sevindirməli və nemətlərinə isə şükr etməlidir.O nemətlərdir ki,sayı,dəyəri,hesabı,qiyməti bilinməz və dərk edilməzdir.O gözəl nemətlər Allah-Təalanın insanlara verdiyi ruzidir.İslamda ibadət insanın həyat və fəaliyyətini bütün anlarını əhatə edir.İslam baxımında Allaha xatir görülən hər bir xeyirli iş ibadətdir.Bir gün Peyğəmbərin(s) ən yaxı səhabəsi olan Əbuzər ,Rəsulullahın yanında idi.Peyğəmbər ona buyurdu: “Ey Əbuzər!Əgər bacarsan yemək-içməyini və yatmağını da Allaha xatir et” Demək yeməkdə,içməkdə,işləməkdə,geyinməkdə də dinin qanunlarına əsasən düzgün uyğun şəkildə riayət edilməli,elm və mərifət qazanmaq üçün Allah-Təaladan kömək istənilib,Ona xatir əməl edilməlidir ki,həyatda Ona xatir olan hər bir gözəl şey ibadətdir. Peyğəmbər(s) digər bir hədisdə buyurmuşdur : “Əgər kimlər gecə yatan zaman dörd kəlməni söyləməsə ,həmin şəxs zəlalətdə olar.”Bu dörd kəlmələrdən biri də ruzi barəsindədir ki,bunu yalnız Allah-Təalaya şükr etmək vasitəsiynən söyləmək mümkündür.Həmin kəlimə belə deyilir: “Allah,Sənə şükürlər olsun kimənim ruzilərimi Sən verirsən və kimlərəsə möhtac etmirsən.” Əgər insan hər hansı bir ruzinin suyun,yeməyin,işləməyi və bu kimi digər nemətlərin istifadə etməsində böyük rolu olan Tanrıya şükrü olmazsa,həmin şəxs qiyamət günü böyük haqq-hesabata çəkiləcək.Çünki bir hədisdə var ki,bir şəxs Həzrəti Əli(ə)-ın yanına gəlib sual eyləyib soruşur:
“Ya Əli!Allah-Təala qiyamət günü bütün insanlardan necə sorğu-sual edəcək?”
Həzrət buyurdu:
“Allah-Təala insanlara bəxş etdiyi ruzilər qədər sorğu-sual edəcək.”
Demək qiyamətin daha da yaxınlaşmağının səbəbi,insanların ruzilərə qarşı israfçılığı,saymamazlığı,etinasızlığı və şükrsüzlüyüdür ki,bu gün bir çox insanlar Allahın biz insanlara verdiyi ruziləri düşünmürük.Şəhidlər şəhidinin ağası və Kərbəla soltanı İmam Hüseyn(ə) buyurur:
“Əgər kim günah etmək istəyirsə,onda Allahın ruzilərini yeməsin.”
Bu ecazkar hədisdə də göründüyü kimi hər bir şey zülmçülük,güclülük,yaxşılıq,insanlıq,elmlik və bu kimi digər şeylər yalnız Alla-Təala tərəfindən insanlara verilir.Demək bundan əlavə bizim hər bir bədən üzvümüzü yaradan Allaha şükr etməkdən savayı,ibadət edib,oruc tutub,Allahı çox yad və zikr etsək belə,onda Allahınrazılığın yalnız bir hissəsindən də az miqdarda əldə etmiş olarıq.Yəqin ki,İmam Hüseyn(ə) kimi şəxsiyyətin hədisinə bizim bir şəkk-şübhəmiz qalmaz.Çünki hər hansı bir insan hansı məkana gedir ruzi diləsə,o ruzini də Allah bəxş edəcək.
Bəs əgər belədirsə,niyə insanlar saysız-hesabsız Allah-Təalanın bəyənmədiyi günah əməlləri ilə məşğuldurlar? Əgər belədirsə niyəbiz insanlar,Allah-Təalanın verdiyi nemətlərindən faydalanırıq və sonda isə naşükürlük edirik? Niyə bəs Allah-Təalaya ibadət etməkdən boyun qaçırıb və 12 ayın içində yalnız 1 ayın yəni 30 günü olan mübarək Ramazan ayının orucunu Allaha xatir tutmuruq?
Həqiqətən bu müasir zamanda Islam dini çox acınacaqlı vəziyyətdir İslam dini insanları gözəl əxlaqa tərəf səsləndiyi üçün çox insanlar bu yoldan kənardırlar.Düşünmək lazımdırki,insana verilən ən üstün şey xoş əxlaq və xoş xasiyyətdir.Hədislərdə də var ki,gözəl əxlaq dinin yarısıdır.İslam məktəbi başqa məktəblərdən fərqli olduğu üçün,İslam məktəbində gözəl əxlaq imana əsaslanır.İnsanın əməlləri gözəl olduqcan sonsuz kəmala və kamilliyə doğru yüksəlir.Gərək insanın Allah-Təalaya qarşı məhəbbəti böyük olub və Onu haram buyurduğu işlərdən uzaq ola. Allah-Təala Qurani-Kərimdə “Bəqərə”surəsinin 165-ci ayəsində buyurur: “Iman gətirənlər Allahı daha çox sevənlərdir”
İmanlı insanlar mütləq başqalarından üstündürlər.Allah-Təala yenə Qurani-Kərimdə“Ali-Imran”surəsinin 139-cu ayəsində buyurur: “Ey iman gətirənlər!Qorxmayın və çəkinməyin,əgər imanınız həqiqi olsa mütləq başqalarından üstün olacaqsınız”
İmanlı insan daim başqalarının qayğısına qalır,camaat namazlarında din qardaşlarının çətinliklərini,problemlərini öyrənib kömək etməyə çalışır,namaz qılarkən bütün insanla üçün Allah-Təalaya dua edib və yaxud ac olarkən evində rahat şəkildə yata bilməyir,yorğun və əziyyət çəkmiş bir şəxs görərkən:Bu şəxs mənim rəbbimin xəlq etdiyi insandır və ona köməkçi olmalıyam deyə çalışıb,hər zaman səy göstərir.Bəs görəsən hər bir şəxsmi belədirmi?!-sözsüz ki,yox.Əlbətdə İslam dini hər bir insanı bu cür əxlaqi fəzilətlərə və xeyir işlərə dəvət edir.Lakin bir çox insanlar öz şəxsiyyətini başqa dünyəvi ləzzətləri ilə öz insanlığını unudub
Zəhmət buyurdunuz Ya Rəsulullah!
Bir Osmanlı zabiti şiddətli bir döyüş əsnasında vurulmuş, ağır yaralanmış, qanlar içində yerə sərilmişdir. Yanında bir neçə əsgəri varır, yaralarından qanlar fışqırmaqda, son anlarını yaşamaqdadırlar. Birdən:
-Məni ayağa qaldırın, deyər.
Əsgərlər şəhidliklə şərəflənmiş sevimli komandirlərinin bu son arzusunu yerinə yetirərlər, macalsız bədəninin qollarına girərlər və ayağa qaldırarlar.
Mübarək şəhid, batıq bir səslə Kəlimeyi şəhadət gətirər və sonra:
- Zəhmət buyurdunuz Ya Rəsulullah! deyərək son nəfəsini verər.
Hz.Musanı Dişləyən Qarışqa
Hz. Musa ə.s., kəndbəkənd, şəhərbəşəhər gəzib insanlara Allahın dinini öyrədərkən, bir gün yolu Allahın, cəza olaraq bütün camaatını yandırdığı bir kəndə düşdü və:
"Ey Rəbbim" dedi. "Bu kənddə yaşayanlar arasında uşaqlar, günahsız kəslər və heyvanlar da vardı. Yalnız günahkarları cəzalandıra biləcək ikən, belə etməyib bütün kəndi cəzalandırmısan. Sən hər şeyi doğru bildiyin kimi edənsən və sənin işlərinə də bizim ağləməz ərməz, buna olan inancım tamdır. Lakin mən maraqlandım; günahkarlarla birlikdə günahsız insanları nə üçün yandırdın?" deyərək, çox vaxt itirmədən, yoluna davam etdi.
Bir müddət sonra həm bir şeylər yemək, həm də yol yorğunluğunu bir az olsun üzərindən atmaq üçün ağacın altına oturdu. Ağacın az kənarında böyük bir qarışqa yuvası vardı. Qarışqalar dayanmadan çalışırdı. Bu qarışqalardan bir dənəsi gəlib istirahət etməkdə olan Hz. Musa əleyhissalamı dişlədi. Musa ə.s qarışqaya hirsləndi Yerdəki qurumuş odunlardan birini odla alovlandırdı, gəldi, bütün qarışqa yuvasını atəşə verdi. Bütün qarışqalar yanaraq öldü. Musa ə.s bildirən dini hökmlər arasında qarışqa yandırmaq günah deyildi.
Bunun üzərin Allah belə səsləndi:
"Ey Musa! Səni yalnız bir tək qarışqa dişləmişkən, sən bütün qarışqa yuvasını atəşə verdin. Bir qarışqa üzündən böyük qarışqa yuvasını yandırıb yox etdin, eləmi?"
Hz. Musa ə.s. səhvini başa düşüb dediI
Günahkarlarla birlikdə olanlar, özləri günahsız olsalar dahi eyni cəzaya uğrayarlar. Ancaq Allah hesab günündə onları bir-birindən ayırar, hər birinə layiq olduğu yerə göndərər
Bizlər də pis insanlarla birlikdə olmamalı, onların yaşadıqları yerlərdən kənar durmalıyıq, məcburiyyət qarşısında qalsaq onları uyğun bir dil ilə xəbərdar etməli, oradan bir an əvvəl uzaqlaşmağa çalışmalıyıq.

Kebenin sirri
Kəbə tarix boyunca qəribə təcəllilərə məzhər olmuş bir məkandır. Onun müqəddəsliyi və mərkəz rolu, ta Hz. Adəm və əvvəlinə qədər uzanar. Hz. İbrahim tərəfindən abad edilmiş, Hz.Məhəmmədin (a.s.v.) doğum yeri, bütün haqq dinlərinin mərkəzi,peyğəmbərlər üçün onu qədər bir müqəddəs bina olmadı yer üzündə.İnsanların günün iyirmi dörd saatında davamlı əlaqə halında olduğu və ziyarət etdiyi Kəbəyə bərabər başqa bir yer vardırmı yer üzündə?Mənəvi həyatımızın mərkəzində dayanan ürək kimi Kəbə də yer üzünün ürəyi olaraqmı yaradıldı? İbadətlərdə yönəldiyimiz Kəbənin mənəvi sirrindən nə qədərinə vəqfik?
Kəbə, Köhnə Dünyanın (Avropa, Asiya və Afrika) mərkəzində bir mövqedə iştirak edir və bu üç qitəyə az qala eyni uzaqlıqda var. Amma siz ən yaxşısı əlinizə bir Dünya xəritəsi götürüb, Şimal Amerikadan Avstraliyaya, Şimal-şərq Asiyadan Cənub Amerikaya doğru bir xətt çəkin və bu xəttlərin kəsişdiyi yerə baxın. Kəbənin Dünya qaralayarının mərkəzində qalan bir mövqedə yerləşdiyini görərsiniz.

Kəbə Dünyanın mərkəzində
Coğrafiyaçılar, yer üzünün hər hansı bir nöqtəsini asanlıqla tapa bilmək və ən praktik yoldan, ən doğru şəkildə göstərə bilmək üçün, Dünyanı paralel və meridian adı verilən xəttlərlə, simvolik olaraq kiçik kvadratlara bölmüşlər. Ancaq, bu xəttlərin başlanğıc nöqtələri, elmi bir təmələ deyil, farazi bir qəbula söykənirr. İngiltərədə Greenwichdən keçdiyi qəbul edilən meridian xətti 0 (sıfır) qəbul edilir. Yumru olduğu iddia edilən Dünyamızın, əslində qütblərinin basıq və ortasının qabarıq olduğu bir gerçəkdir. Bu qabarıq bölgənin, tam ortasından keçən ən böyük paralelə isə, "0" paraleli deyilməkdədir. Bu paralel, bilinən adıyla Ekvatordur. Ekvatorun da nisbi olaraq, Dünyanı tam ortadan ikiyə ayırdığı qəbul edilir.
Qütb nöqtələri, Ekvatorun meydana gətirdiyi dairənin tam mərkəzindən keçən bir oxun iki uc nöqtəsidir. Ancaq bunlar gerçək qütblər deyil; coğrafi qütblərdir. Gerçək qütblər isə maqnetik xüsusiyyətləri ilə diqqət çəkən, maqnit əqrəblərinin yönəldiyi sirrli xüsusiyyətləri ilə diqqət çəkən maqnetik şimal və cənub qütbləridir. Şimal qütbü, coğrafi qütbün təxminən 1290 km cənubunda qalar. Bu da Kanadanın şimal qərbində Ellef Ringnes adalarının sahilinə tekabül edər. Cənub qütbünə gəlincə Antarktika qitəsində, Adelie Land deyilən bir bölgədə iştirak edər.
Bir kompasa Dünyanın harandan baxsanız baxın, daim şimal istiqamətini göstərər. Əgər bu istiqaməti izləsəniz, sonunda maqnetik şimal qütbünə çatarsınız. Kompas əqrəbləri bu bölgədəki maqnetik sahənin təsirində qalaraq davamlı olaraq bura yönələr, bu yöneliş sayəsində bizlər də quruda, dənizdə və havada istiqamətimizi asanca taparıq.
Paralel və meridianların göstərdiyi qütb nöqtələri ilə kompasın göstərdiyi maqnetik qütb nöqtələri niyə bir-birindən fərqli yerlərdədir? Dünyanın ekliptik olaraq 27o 27lik ölçüyə sahib olduğunu bilərik. Dünyanın başı belə əydirilməsəydi tək bir mövsümü, məsələn həmişə yazı yaxud qışı yaşayacaqdıq. Günlər, buna görə uzanar ya da qısalar. Bu həm də, qütblərin yerini də dəyişdirmiş olar. Gerçəkdə; paralel və meridianları çəkərkən Dünyanın bu duruşu, yəni maqnitlərin davamlı yönəldiyi maqnetik qütbləri diqqətə götürsək, yeni bir Ekvator çıxar. O zaman "0" (sıfır) nömrəli ən böyük paralel olan Ekvator, bu yeni halıyla, Məkkə şəhərindən keçəcək. Bu da Kəbənin, Dünyanın ortasında olduğuı gerçəyinin başqa bir faktı sayıla bilər.
Dünyanın maqnetik şimal və cənub qütblərinə görə çəkilən yeni ekvator xəttinin, yəni Kəbədən keçən Ekvator xətti üzərində, biri Kəbəyə görə şərq, digəri isə qərbdə iki ədəd maqnetik qütblər var. Qərb qütbünü əsrarəngiz hadisələri ilə "Bermud" üçbucağı təşkil edərkən, şərqini isə Yaponiyada bir körfəz bölgəsi təşkil edər. Bu körfəz də Bermud kimi itmələri ilə məşhur olmuşdur. Kəbənin bu iki nöqtənin tam ortasında iştirak etməsi də Kəbənin yerinin xüsusi olaraq seçildiyini düşündürməkdədir.
Nurdan Dirək
İbni Abbasdan gələn hədis rəvayətində "Göylərin ən qabaqda gələni, özündə ərş olandır. Yerlərin ən qabaqda gələni də bizim üzərində olduğumuz Ərşdir" ifadəsi iştirak edər. (Sunu idi, et-Dürer əl-Mensur, VI/239) Bilindiyi kimi aləmlər yalnız bizim içində yaşadığımız fizika kainat ilə məhdud deyil. Yeddi fərqli kosmos-zamanın olduğu Quranda keçən sebə və səmavat ifadələrindən anlamaq mümkündür.
Bədiüzzaman kimi mənəviyyat böyüklərinin də ifadə etdiyi kimi qibləni, yalnız Kəbənin olduğu məkan olaraq deyil, Kəbədən Ərşə uzanan nurani bir sütun və mənəvi bir dirək olaraq düşünmək lazımdır. Bu nurdan sütun, ferş deyilən ərzimizi cənnətin də üstündə qalan və aləmin damı hökmündəki "Ərş"ə bağlar. Kəbədə hiss edilən və tənəffüs edilən tamam ayrı bir mənəviyyat və ruhi atmosferin Ərşə uzanan bu nurani sütunla əlaqəsi nədir? Dünyamızı ən üst səmaya bağlayan "göbək bağı" deyə biləcəyimiz nurdan bağın daşıdığı sirlər hələ məchulumuzdur. Davamlı qütbə yönələn maqnit kimi insan ürəyi də bu ilahi nurun davamlı çəkiliş təsiri altındamı var? İnsanların pərvanə olduqları bu ilahi nur, təfəkkür-dua-təsbeh-həmd kimi mənəvi hasilatın toplandığı və oradan Ərşə çatdırıldığı bir növ peyk misal toplama-paylama və nəql əsası funksiyasını görməkdədir? İbadətlərdə qibləyə yönəlməklə, eynilə antenalarını peykə çevirən xəbərləşmə vasitələri kimi, ürək və beyindən nəşrolunan məna dalğalarının əvvəl bu nurdan sütuna gəldiyini və oradan da ilahi dərgaha çatdığını düşünə bilərikmi?

Kəbədə rəhmət zirvəyə çıxar
Görəsən namaz kimi ibadətlərdə qibləyə yönəlməklə, o nurla əlaqəni ən üst nöqtəyəmi çıxarırıq? Elə isə, namaz əsnasında edilən hərəkətlərdə bu nurun, insanın ruhi və fiziki varlığının bütün ünsürlərinə nüfuzunun təmin edildiyi; Kəbədə təvaf edildiyində isə, yəni nurun mərkəz nöqtəsinin ətrafında dönüldüyündə, əlaqə və rezonansın ən üst səviyyəyə çıxarıldığı an olmalıdır. Bu sual və ehtimalların gerçək cavablarını mənəviyyat və həqiqət kaşiflərinə buraxaraq bu ayənin ifadə etdiyi mənaya baxaq:
"Gerçək budur ki, insanlar üçün ilk qurulan ev Məkkədə o müqəddəs və bütün insanlar üçün hidayət yeri olan Kəbədir. Burada açıq-aşkar dəlillər vardır. Ibrahimin mövqesi vardır; kim oraya girsə təhlükəsizlik içində olar." (Əl Imran, 3/96-97)
"Ona çatmağa gücü çatan kimsənin Kəbəni təvaf etməsi, Allahın insanlar üzərindəki haqqıdır" İlahi fərmanı, hər il mübarək bir zaman hissəsi içində, Beytullaha təvəccöh edib, müəyyən məkanları, xüsusi bir qisim üsullarla ziyarət etməsini fərz edər.
Oraya gedənlərin, bilaistisna hər kəsin ayrı bir atmosferi tənəffüs etmələri, orada ayrı bir iqlim və fiziki mənada ifadəsi mümkün olmayan tamam ayrı bir havanı hiss etmələri də Kəbədəki sirlərin sözlə izah edilə bilməyən lakin hiss edilə bilən təcəlliləri olmaqdadır.
Bir nüvədən yüz minlərə, milyonlara çatan sümbül və dənə alınması kimi, Allahın rəhmətinin zirvəyə çıxdığı bu məkanda qullar, yüz minlər, milyonlar savablara çatar; günahlarının sıfırlanacağı bir fürsətlə tanış olarlar. Dünyanın mərkəzinə, əslində sanki Ərşə uzanan bu nurlu səfərdə insan yeni gerçəklərlə tanış olar. Bir yaradılış nümayişinə şahid olar. Dümağ ehramlar içində kəfənləri hər cür fərqin və sinifin ortadan qalxdığı, eyni anda yenidən dirilmənin, məhşərin xatırlandığı, İslamın bilfiil yaşandığı, camaat şüuru və sirrinin ən əzm şəkildə təcəlli etdiyi bir nümayişə şahid olar. Həcc ibadətiylə, ərzin Ərşə bağlanıldığı, nurani dairənin sıx dezinfeksiya təsiriylə qullar bir-bir günahlardan təmizlənər. Allaha qulluq şüurunun yenidən qazanıldığı, əhdi peymanın yeniləndiyi bir ibadət seremonisinde qul, Allaha doğru sonsuz bir hərəkətin içinə girər.
Ulu Tanrı Hərkəsə qismət etsin.

1 комментарий:

  1. Salam aleykum,eger arvad axsam
    orucunu baglayib yatir,ve kiside sehvet hissi oyanirve cinsi elageye kirir,ve subh azanina hele saat var,arvad durub tezeden wisl alib yeniden oruc tuta bilermi?

    ОтветитьУдалить

Statistika