вторник, 15 февраля 2011 г.

Cinlerin Yaradılışı

Həmd olsun aləmlərin rəbbi olan Allaha! Rəbbimiz biz adəm övladıyla yanaşı bitki və heyvanları, mələk və cinləridə xəlq etmişdir. Bəli, bəli mələk və cinləri,siz heçdə səhv oxumadınız! Bu varlıqları Allah-təala insanlardan öncə yaradıb və indidə yaradanın izni ilə mövcud olmaqda davam edirlər. Bir çoxları bunu inkar etməyə çalışacaq, biriləri onları öz gözləri ilə görüb inanmaq istəyəcək,lakin qəlblərində Allaha və onun yaratdıqlarına imanı olanlar heç bir şüphəyə qapılmadan onların mövcudluğuna inanacaqlar! Baxmayaraq ki, mələk və cinləri insanların gözləri
görmək qabiliyyətində deyil, ancaq Allahın müqəddəs kitabı Quranda bu barədə açıq və aşkar dəlillər göstərilmişdir. Quranda cinlərə dair bir çox ayələr və ayrıca nazil olmuş bir surədə vardır...
Al-Cinn (cinlər, Allahın müqəddəs kitabından ixtisarla)

Bismillahirrəhmanirrəhim!

(Ya peyğəmbər !) De: "Mənə vəyh olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına ayıtdıqları zaman) dedilər:"Biz çox qəribə, təssəvür edilməz dərəcədə gözəl olan bir Quran eşitdik............... Həqiqətən (Cahiliyyət dövründə) bir para insanlar bir para cinlərə pənah aparır , bununlada onların təkəbbürünü , azğınlığını artırırdılar (Cinlər özləri haqda çox böyük fikirlərə düşürdülər). O insanlar da siz cinlər ( yaxud o cinlər də siz insanlar) kimi elə güman edirdilər ki, Allah (öləndən sonra) heç kəsi diriltməyəcəkdir.
Biz cinlər (yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) ğöyə qalxmaq istədik(səmanı yoxladıq), amma onu mələklrdən ibarət güclü gözətçilər və yandırıb yaxan ulduzlarla dolu olduğunu gördük....
.................... Allahın bəndəsi( Muhamməd əleyhissəlam) qalxıb Ona ibadət edəndə (cinlər Quranı dinləmək üçün toplaşmış izdihamın çoxluğundan )az qala bir-birinin üstünə minələr.

Qeyri-insanlardan olan məxluqlar barədə bütün xalqların yaddaşında, kitabə və yazılarında (istər xristian,yəhudi,büdpərəst və.s yerli kultlarda) nişanələr vardır. Əgər bunlarda kifayət etmirsə çox uzağa getməyərək müasir əmanəmizdə yadplanetlilər haqqında gəzən məlumatlarıda buna əlavə edə bilərik.Yüzlərlə və hətta minlərlə insanların naməlumlar tərəfindən oğurlanıb aparılması barədə məlumatlar dəfələrlə dünya mətbuatında və teleməkanında insanların nəzərinə çatdırılmışdır. Qədim İngilis, latın, yunan və.s avropa xalqlarının yaxşı tanıdığımız əfsanə və nağıllarında qulaqları uzun, boyları qısa, ayaqları heyvan dırnaqlı və quruluşlu,qanadlı,qeyri-adi xüsusiyyətlərə malik onlarla obrazları tanıyırsınız. Hətda bunlara aid bir çox bədii filmlərdə çəkilmişdir. Bu filmlərdə vəhşi və eybəcər trollar, qanadlı elflər,cırtdanlar (qnomlar),qoblinlər və.s-in necə insanlarla birgə həyat sürməsi, ünsiyyət
saxlaması və hətda döyüşlərdə iştirak etməsinin şahidi olmusunuz. Bunları deməklə heçdə sizləri fantas tik kino aləmi ilə tanış etmək deyildir, sadəcə məqsəd qabaqda deyəcəyim bəzi məlumatlarla paralellər aparmaqdır. " Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər.Qafil olanlar da məhz onlardır! " {Əl-Ə’raf (179)}
 Əvvəlcə cin məxluqatının yaradılışı və quruluşu haqda bir az informasiya vermək istərdim. Allah-təalə cinləri biz adəm övladından əvvəl yaratmış və bizdən fərqli xüsusiyyətlər vermişdir. Beləki onlar tüstüsüz oddan yaradılmışdır ( Elmi dildə təzahürünü enerji kütləsi ilə başa düşmək lazımdır). Cinlərin içindən vaxtı ilə Allah yanında mələklər ( cinlərdən fərqli olaraq nurdan yaradılmışlar) səviyyəsində məqamı olan İblisi hamınız yaxşı tanıyırsınız. Beləliklə öz yaradılış forması ilə öyünən İblis Allah-təalənın atomar qurluşlu yaratdığı Adəmə ( cinlərdən fərqli olaraq torpaq ünsürlü yardılmışdır) yuxarıdan aşağı baxaraq, Yaradanın hamının insan övladına baş əyməsi (allahın hər şeyə qadir olmasına görə) ilə bağlı əmrinə müxalif çıxmışdır. Bunun nəticəsidir ki, elə indiyənə qədər bu sözəbaxmazlıq onu Adəmlə bir yerdə cənnətdən çıxartmış və axirətə qədər dünyada bir-birimizlə mübarizəyə qalxmağımıza səbəb olmuşdur. (Bu mübarizə bir çox hallarda nəfsi-müstəvidə baş verir.) Dediyim kimi İblis cinlərdən biridir,yəni başqalarıda mövcuddur. Hətda onların sayı insanların 5 qatıdır. Təqribən 40 milyarda yaxın. Cinlər enerji ünsürlü olduqlarından insanla müqayisədə dəfələrlə sürətli,
çevik və gözəgörünməzdirlər. Bu isə onlara əlavə imkanlar verir ki, hansıki insan bunlara qadir deyildir. Məsələn nəzərə alsaq ki, cinlərin öz aləmi var onlar oradan dünyaya və geriyə rahat hərəkət edə bilərlər. Lakin bu heç də o demək deyil ki, onlar hər cəhətdən insanlardan üstündür. Cinlərin əksəriyyətinin məntiqi düşüncə tərzi insanlarla müqayisədə çox aşağıdır. Beləki danışıqlarında bir bütovlük yoxdur və çox vaxt yalan danışırlar. Biz insanların ilk forması Adəm peyğəmbər (ə.s) olduğu kimi,cinlərin də ilk nümayəndəsi vardır. Biz buna Quranda "Cann" adı ilə rast gəlirik. Cin sözü ərəb dilində "can" sözündən bir kökdəndir və mənası gizlilik, gözəgörünməyən anlamına gəlir. Konkret olaraq isə Quranda söhbətimizin mövzusu olan məxluqlara bu da verilmişdir

(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi. . { Ər-Rəhman (15) }

Комментариев нет:

Отправить комментарий

Statistika